Daxili işlər naziri Qusarda vətəndaş qəbulu keçirəcək
Bakı, 1 fevral, AZƏRTAC
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 7-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətlərinə aid məsələlərlə bağlı 2025-ci il fevralın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:37]
Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq
- 02.10.2026 [14:09]
Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib
- 02.10.2026 [14:08]
Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO
- 02.10.2026 [13:58]