DÇ-2026: Argentina Misiri son dəqiqələrdə vurulan qolla mübarizədən kənarlaşdırıb
Bakı, 7 iyul, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son dünya çempionu Argentina millisi Misirlə üz-üzə gəlib. Atlanta stadionunda oynanılan görüş argentinalıların 3:2 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmada hesabı Misir millisi açıb. Yasser İbrahim 15-ci dəqiqədə komandasını önə çıxarıb. İkinci hissədə Mustafa Ziko (67) fərqlənərək Misirin üstünlüyünü artırıb. Argentina isə Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandesin (90+3) qolları sayəsində əzmkar qələbə qazanıb.
İyulun 8-nə keçən gecə İsveçrə millisi Kolumbiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vankuver şəhərində yerləşən “BC Place” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək. Bununla da 1/4 finalın sonuncu cütlüyü bəlli olacaq.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]