“DƏFİNƏ” LİSEYİ MASALLININ YENİ TƏHSİL OCAĞIDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Prezident İlham Əliyev Masallı şəhərində “Dəfinə” liseyi üçün tikilmiş bina ilə tanış olmuşdur.
Uzun illər baxımsız və təmirsiz vəziyyətdə qalan məktəb binası bu il yenidən tikilmişdir. Müasir standartlara cavab verən məktəb bütün zəruri avadanlıqla təchiz edilmişdir. 220 şagird yerlik liseyin ikimərtəbəli tədris korpusunun mərkəzləşdirilmiş istilik sistemi də vardır.
Prezident İlham Əliyev idman salonu, fənn kabinetləri, iclas salonu, laboratoriya ilə tanış oldu, internetə çıxışı təmin olumuş kompyuter otağında şagirdlərin bu müasir texnologiyalara yiyələnməsi prosesini izlədi. Dövlətimizin başçısı bu təhsil ocağının uğurlarını əks etdirən lövhəyə də baxdı.
Məktəblə tanışlıqdan məmnun qalan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
Bununla da dövlətimizin başçısının Masallı rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |
![]() |
![]() |



