Dehlidə yaşayış binası çöküb: ölənlər və itkin düşənlər var
Pekin, 12 iyul, AZƏRTAC
Hindistanın paytaxtı Dehlidə dördmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ən azı 2 nəfər ölüb, bir neçə nəfər dağıntı altında qalıb.
AZƏRTAC xəbər verir ki, hadisə iyulun 12-də səhər saat 7 radələrində baş verib. Xilasedicilər dağıntı altından 8 nəfəri, o cümlədən bir yaşlı körpəni yaralı halda aşkarlayıb.
Hazırda mülki müdafiə qüvvələri axtarış-xilasetmə işləri aparır. Dağıntı altında qalanların sayını dəqiqləşdirmək mümkün olmasa da, binada yaşayan 10 nəfərdən ibarət bir ailədən heç kim sağ tapılmayıb. Bundan başqa, binada qeydiyyatsız yaşayanlar da olub. Bütün bunlar ölü sayının çoxalacağını deməyə əsas verir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]