Dekabrda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələr sırasında Rusiya birinci olub
Bakı, 31 yanvar, AZƏRTAC
Keçən ilin dekabrında qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr sırasında Rusiya birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, 2021-ci ildə Rusiyaya 877,8 milyon, Türkiyəyə 675,9 milyon, İsveçrəyə 224,1 milyon, Gürcüstana 157,5 milyon və ABŞ-a 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (114 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda Türkiyə ikinci (89,8 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,5 milyon ABŞ dolları) olub.