Dekan: Türk dünyasının elmi araşdırılması BDU-nun diqqət mərkəzindədir VİDEO
Bakı, 6 may, AZƏRTAC
Mütəmadi olaraq Türk dünyasının inteqrasiyası, inteqrasiya problemləri və Türk dünyasında baş verən transformasiya ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) elmi-ictimai tədbirlər keçirilir. “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” bu səpkidə keçirilən ikinci beynəlxalq konfransımızdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı deyib. O bildirib ki, BDU Türk dünyasının araşdırılması ilə əlaqədar mütəmadi olaraq elmi tədbirlər təşkil edir və əsasən də bunlar beynəlxalq konfranslar olur.
Müxbir – Aysel Azadqızı
Videooperator – Şövqi Əzizov