Dəməşqdə Səudiyyə Ərəbistanı-Suriya investisiya forumu keçiriləcək
Qahirə, 22 iyul, AZƏRTAC
Yaxın vaxtlarda Dəməşqdə Səudiyyə Ərəbistanı-Suriya investisiya forumu keçiriləcək.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi tədbirdən əvvəl investorları qarşılıqlı səfərlər etməklə ölkələrinin əməkdaşlıq imkanlarını üzə çıxarmağa çağırıb. Nazirlik nümayəndə heyətlərinə səfər üçün vizaların verilməsinə başlandığını elan edib.
Səudiyyə tərəfi Suriyada fəaliyyət göstərmək istəyən sərmayədarlar üçün vörkşoplar keçirir.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanın rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyəti Suriyada görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə olunub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]