Dəmir yolunun Əlikənd-Ləki mənzilində 9,6 kilometr yol əsaslı təmir olunur
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il iyulun 6-da imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamının icrası istiqamətində tədbirlər görülür.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
Bu il noyabrın 6-da dəmir yolunun Əlikənd-Ləki mənzilində 9 min 600 metr yolun əsaslı təmirinə başlanılmışdır. Səhər tezdən start götürən təmir işləri on gün davam edəcəkdir.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin məlumatında bildirilir ki, əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmış, bu günə kimi 291 kilometr yol əsaslı təmir olunmuşdur. Bunun da 235 kilometrinin 800 metrlik uzun ölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatmışdır.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmir ardıcıllığı müvafiq cədvəl üzrə həyata keçirilir.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]