İQTİSADİYYAT
DƏMİRYOLÇULARIMIZ RİQADA BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK ETMİŞLƏR
Dövlət Dəmir Yolu İdarəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, tədbirdə 2003-cü ilin yekunlarına dair dinləmə olmuşdur. Qeyd edilmişdir ki, 2002-ci illə müqayisədə ötən il şuraya üzv dövlətlərin dəmir yolları şəbəkəsində illik plana 108,8 faiz əməl olunmuşdur. Neft və neft məhsullarının daşınması isə 114,8 faiz təşkil etmişdir. Bu növ məhsulların daşınmasında Azərbaycan dəmiryolçularının işi xususi olaraq qiymətləndirilmişdir.
Yığıncaqda birliyə üzv olan dövlətlərin dəmir yolları idarələrinin qarşılıqlı borclarının ödənilməsinin vəziyyəti barədə məlumat verilmiş, 2004-cü ildə yük vaqonlarının siyahıya alınmasına hazırlıq işləri, beynəlxalq yollarda yük daşınması üçün dəmir yollarının tarif siyasəti, bir çox digər məsələlər müzakirə olunmuşdur.
Yığıncaq çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər də keçirilmişdir.