DƏNİZ NEFTÇİLƏRİNİN UĞURU
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, “Abşeronneft” Neft və Qaz Çıxarma İdarəsinin kollektivi yanvar-oktyabr aylarında gündə orta hesabla nəzərdə tutulan 104 min əvəzinə 111 min kubmetr qaz çıxarmışdır. Kollektiv qaz təhvili üzrə 10 ayın proqnozuna 111,7 faiz əməl etmişdir. Hazırda Pirallahı qəsəbəsinin qaza olan tələbatını idarə tam ödəyir.
Neft hasilatına dair on aylıq proqnoza da artıqlaması ilə əməl olunmuşdur.