DƏNİZ NƏQLİYYATI İLƏ 1,1 MİLYON TON YÜK NƏQL EDİLMİŞDİR
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin ilk ayında Azərbaycanın dəniz nəqliyyatı ilə 1,1 milyon ton yük nəql edilmişdir. Bu, ötən ilin yanvarındakı göstəricidən 16,5 faiz artıqdır.
Daşınmış yüklərin 71,3 faizini neft məhsulları, 28,7 faizini isə quru yüklər təşkil etmişdir. Bütün daşınmalar xarici əlaqələr üzrə həyata keçirilmişdir.