Deputat: COP29 çərçivəsində Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik
Bakı, 16 oktyabr, AZƏRTAC
COP29 çərçivəsində iqlim problemləri mövzusunda Azərbaycan universitetlərinin assosiasiyasını yaratmaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda bildirib.
Dünyada su qıtlığının səbəblərindən danışan deputat bildirib ki, gündəlik həyatda su israfçılığı problemi mövcuddur və bu istiqamətdə universitetlərin fəaliyyətini təkmilləşdirməyə ehtiyac var. “Universitetlər bu işlərdə çox önəmli rol oynaya bilər. Çünki təhsil müəssisələri cəmiyyətdə aparıcı qüvvədir, burada gənclər yetişir, eyni zamanda tədqiqatlar aparılır. Bu assosiasiyanı yaratmaqla universitetlər su və iqlim problemləri mövzusunda birlikdə çalışa, təcrübələrini bölüşə, birgə tədqiqatlar apara bilərlər”, - deyə deputat qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:59]
Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]
“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub
- 10.08.2026 [13:16]