Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Tələbələrin təqaüdünün artırılması dövlətin gənclərin təhsilinə verdiyi önəmin növbəti təzahürüdür

Deputat: Tələbələrin təqaüdünün artırılması dövlətin gənclərin təhsilinə verdiyi önəmin növbəti təzahürüdür

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış iki mühüm sənəd – “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncama edilən dəyişiklik və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmana edilən əlavə və dəyişikliklər – Azərbaycan dövlətinin təhsilin bütün pillə və səviyyələrində oxuyan tələbələrə göstərdiyi sistemli və ardıcıl qayğının bariz nümunəsidir. Bu, ölkəmizdə təhsilin inkişafına və gənc nəslin dəstəklənməsinə yönəlmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinin növbəti təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi və insan kapitalının gücləndirilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Sözügedən sənədlərlə, 2025-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata yüksəldilib. Bununla yanaşı, doktorantlara, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən digər dövlət təqaüdləri də artırılıb. Bütün bunlar təhsil alan gənclərin sosial rifahının yaxşılaşdırılması, onların maddi təminatının gücləndirilməsi və təhsilə maraqlarının artırılması istiqamətində atılmış əhəmiyyətli addım kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərdən biri təhsil siyasətidir. Eyni zamanda, gənclər dövlət siyasətində strateji hədəf qrupu kimi müəyyən olunur və onların inkişafı, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan da təqaüdlərin artırılması ilə bağlı verilmiş qərarlar dövlətin gənclərə olan inamının, onların intellektual potensialına göstərilən siyasi və mənəvi dəstəyin real ifadəsidir. Bu istiqamətdə ardıcıl olaraq həyata keçirilən islahatlar, maddi stimullaşdırma mexanizmlərinin genişləndirilməsi və təhsil alan şəxslərin rifahının yüksəldilməsinə yönəlmiş qərarlar ölkənin gələcək inkişaf strategiyası ilə uzlaşdırılır. Təqaüdlərin artırılması da məhz bu strateji baxışın davamı və konkret təzahürüdür.

Tamam Cəfərova xüsusilə qeyd edib ki, qlobal miqyasda insan kapitalının gücləndirilməsi rəqabətqabiliyyətli dövlətlərin əsas inkişaf meyarına çevrilib. Bu kontekstdə təhsil alan gənclərə verilən maddi dəstəyin artırılması onların bilik və bacarıqlarının daha səmərəli inkişaf etdirilməsinə imkan yaradır. Məhz bu baxımdan, təqaüdlərin məbləğinin artırılması təkcə sosial dəstək tədbiri deyil, eyni zamanda, elmi, texnoloji və iqtisadi sahələrdə ixtisaslaşmış kadrların formalaşmasına yönəlmiş kompleks tədbirlər sisteminin bir hissəsidir. Təhsil sahəsində dövlətin həyata keçirdiyi təqaüd siyasəti həm də sosial ədalətin təmin olunmasına yönəlib. Aztəminatlı ailələrdən olan tələbələrin keyfiyyətli təhsilə əlçatanlığının artırılması, onların təhsil xərclərinin qismən kompensasiya olunması dövlətin sosial rifah siyasətinin mühüm komponentlərindən biridir. Təqaüd məbləğlərinin artırılması bu baxımdan da mühüm əhəmiyyət kəsb edir.

“2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək yeni təqaüd məbləğləri ilə bağlı qəbul olunmuş fərman və sərəncamlar dövlətin təhsil alan gənclərə göstərdiyi diqqətin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Təqaüdlərin artırılması təkcə sosial dəstək tədbiri deyil, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə, insan kapitalının inkişafına və ölkənin strateji məqsədlərinə xidmət edən mühüm addımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasəti, milli inkişaf modelinin əsas dayaqlarından biri olaraq gələcək nəsillərin bilikli, vətənpərvər və yüksəkixtisaslı kadrlar kimi formalaşmasına xidmət edir”, - deyə deputat bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elmi və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır