Dilçilik İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 25 iyul, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun yaradılmasının 75 illiyinə həsr olunan “Dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, noyabrda keçiriləcək konfransa Azərbaycan dilçiliyinin aktual problemləri, ədəbi dil və dil normaları qloballaşma şəraitində, ümumi və nəzəri dilçilik məsələləri, türkoloji tədqiqatların müasir aspektləri, terminologiya və onomastika məsələləri, linqvistik mətnşünaslıq və dil tarixi bölmələri üzrə məruzələr qəbul olunur.
Məruzələr А4 formatda, “Timеs New Roman” şriftində 12 ölçüdə, 1,5 interval olmaqla təqdim edilməlidir. Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı qeyd edilir. Məruzənin mətni ingilis dilində xülasə ilə birlikdə 6 səhifə olmalıdır.
Təşkilat komitəsi məruzələrin seçilməsi, düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), geri qaytarılması hüququna malikdir. Məruzələr sentyabrın 30-dək qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]