Dillər Universitetinin Konfutsi İnstitutunda “yuyşuy” mövsümü
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Çin kənd təsərrüfatı təqviminə əsasən “yuyşuy” (yağış suyu) mövsümünün başlanması ilə bağlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Konfutsi İnstitutundan bildirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yağıntılar dövrünün başlandığını əks etdirən və qədim Çin əkinçilik mədəniyyətinin mövsümiliyini təcəssüm etdirən dörd “kiçik” fəsildən biri olan “yuyşuy” mövsümünün əhəmiyyətindən danışıb. Qeyd edib ki, Çinin günəş kənd təsərrüfatı təqvimi qədim çinlilərin əkinçilik mövsümlərinə uyğun formalaşdırdıqları biliklər sisteminə, səma cisimlərinin hərəkətinin müşahidəsinə, mövsümi iqlim dəyişikliyi və təbiət qanunlarına əsaslanır. O, həmçinin əlavə edib ki, əfsanəvi hökmdar Huanq-dinin əmri ilə yaradılmış Çin günəş təqvimində qulplu çömçəyə bənzəyən Böyük Ayı bürcünün fiquruna uyğun olaraq iyirmi dörd fəsil bölgüsü aparılmışdı. Bu, “Çinin beşinci böyük ixtirası” adlanır və 2016-cı ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Tədbirdə çinşünas tələbələr Çin kənd təsərrüfatı təqvimi ilə bağlı olan adət-ənənələrdən, yaz və payız bərabərliyi, yay və qış gündönümü günlərində cənnətin, Yerin və insanın harmoniyasını nümayiş etdirmək üçün qurbankəsmə mərasimlərinin keçirilməsindən, çinlilərin sağlamlıq və rifah üçün dua etmələrindən, ailə qurmuş çinli qızların həmin günlərdə valideynlərlə görüşmək üçün ata evinə qonaq gəlmə adətindən bəhs ediblər. Həmçinin ənənəvi Çin təbabətinin “yuyşuy” mövsümündə sağlamlığı qorumaq üçün bir sıra xüsusi tövsiyələr təklif etməsi barədə danışılıb. Tələbələr Tan sülaləsi dövrünün görkəmli şairi olan Du Funun şeirlərini və “yuyşuy” mövsümünə həsr olunmuş atalar sözlərini söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]