DİN: Cinayət törətməkdə şübhəli bilinən 116 nəfər saxlanılıb
Bakı, 2 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) iyulun 31-də və avqustun 1-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 100 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 71, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirib.
Cinayət törətməkdə şübhəli bilinən 116 nəfər saxlanılıb.