DİN: Ötən gün 1 avtomat silahı və 3 tüfəng təhvil götürülüb
Bakı, 25 sentyabr, AZƏRTAC
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:25]
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- 12.10.2026 [16:14]
QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək
- 12.10.2026 [15:45]
“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12.10.2026 [15:38]
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
- 12.10.2026 [14:28]