DİPLOMATİK İŞƏ QƏBUL ÜÇÜN NÖVBƏTİMÜSABİQƏ ELAN OLUNMUŞDUR
Nazirliyin mətbuat mərkəzindən verilən məlumata görə, müsabiqə üç mərhələdən ibarətdir. Əvvəlcə namizədlər test üsulu ilə imtahan verəcəklər. Bu mərhələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iştirakı ilə birgə təşkil olunacaqdır. İmtahandan uğurla keçənlər növbəti mərhələdə inşa yazmalı və müsahibədə iştirak etməlidirlər.
Bütün mərhələləri uğurla keçən şəxslər Müsabiqə Komissiyasının tövsiyəsi ilə altı ay müddətinə, stajçı kimi müvəqqəti əmək müqaviləsi bağlamaqla diplomatik xidmətə işə götürüləcəklər.
Müsabiqəyə ali təhsilli, Azərbaycan dili ilə yanaşı, xarici dildə sərbəst danışmağı və yazmağı bacaran, diplomatik vəzifələrdə işləmək üçün beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadiyyat sahələrində xüsusi biliklərə malik olan Azərbaycan vətəndaşları buraxılacaqlar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”nda qeyd olunan sənədlər yanvarın 23-dən fevralın 15-dək Xarici İşlər Nazirliyində və Nazirliyin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində (yalnız Naxçıvan Muxtar Respublikasında yaşayanlar üçün) qəbul olunur.
Namizədlər qeyd olunmuş qaydalarla Müsabiqə Komissiyasında və ya Xarici İşlər Nazirliyinin internet səhifəsində tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]