Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər
Şuşa, 18 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidən Şuşa şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici diplomatlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.