Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dohada tranzit: hara getməli və nəyə baxmalı

Bakı, 24 iyul, AZƏRTAC

Rahat uçuş, otellərdə yüksək səviyyəli xidmət, nəfis restoranlar və zəngin mədəni irs sayəsində Doha tranzit dayanacağı qismində günü-gündən daha çox populyarlıq qazanır. Qətərdə minik dəyişməklə səyahət edən turistlər yerli restoranları öyrənmək, sahilboyunda yerləşən dəbdəbəli otellərdə nahar etmək, həmçinin yerli mədəniyyət obyektlərini gəzmək fürsəti əldə edirlər. Qətər kiçik dövlət olduğundan, ölkənin əsas görməli yerləri Dohanın mərkəzindən bir-iki saatlıq məsafədə yerləşir.

“Qatar Airways” milli aviaşirkəti tərəfindən Dohanı Bakı ilə birləşdirən iki birbaşa reysin hər gün yerinə yetirildiyini nəzərə alaraq, AZƏRTAC “tonkosti.ru” resursuna istinadla tranzit dayanacağı zamanı ölkə ilə qısa müddət ərzində tanışlıq üçün bir neçə variant təklif edir.

Əgər sizin 24 saat vaxtınız varsa

Qətərin Milli Muzeyini ziyarət etməklə siz ölkənin zəngin mədəni irsi ilə tanış olacaqsınız. Muzeyin açılışı 2019-cu il martın 28-də keçirilib. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey paytaxtın lap mərkəzində, Həməd beynəlxalq hava limanından 10 dəqiqəlik məsafədə yerləşir.

Muzeyin 1,5 kilometr uzunluqda olan qalereyası - Qətərin sirli guşələrinə səyahət deməkdir. Burada ölkənin qədim tarixi və xalqların adət-ənənələri meydana çıxır. Nuvel dizaynın əsasını kristal formalı “səhra qızılgülü” obrazından götürüb. Muzey müxtəlif bucaqlar altında kəsişən qabarıq disklərdən ibarət qeyri-adi quruluşa malikdir. Ziyarətçilər muzeyin “Başlanğıc”, “Qətərdə həyat” və “Qətərin müasir tarixi” adlanan üç hissədən ibarət daimi ekspozisiyasını öyrənmək şansı əldə edəcəklər. 11 qalereya yarımadanın bütün tarixini əhatə edir.

BMT-nin Dünya Turizm Təşkilatının tədqiqatlarına görə, Qətər viza rejiminin sadələşdirilməsi sayəsində dünyanın 10 ən açıq ölkəsi siyahısına daxil edilib.

Siz “Pearl-Qatar” adasında nahar edin, yaxud yüksək səviyyəli mətbəxə malik çoxsaylı restoranların birində şam yeməyindən zövq alın. Ölkədə dünya mətbəxi inkişafını davam etdirir: Dohada dünyanın ən iri restoranlarından biri olan “Nobu”, iki “Gordon Ramsay” restoranı, bərpa edilmiş “Ritz-Carlton” otelində isə bu ilin əvvəlində açılmış dəbli ziyafət otağı, “steyk-house” yerləşir. Ənənəvi Qətər yeməklərini Kornişə açılan mənzərəyə malik “Al Mourjan” restoranında dadmaq mümkündür. Yaxud “Souq Waqif”in lap mərkəzində yerləşən “Shay Al Shoomos” restoranında Yaxın Şərq mətbəxindən və ənənəvi ərəb qəhvəsindən zövq ala bilərsiniz.

“Souq Waqif”in izdihamlı küçələrində yerli mədəniyyət və memarlıqla tanış olmaq, həmçinin əsl Şərq bazarı ruhunu duymaq mümkündür. Ticarət köşklərinin labirintində Yaxın Şərqin zəngin olduğu hər şey var. “Souq Waqif”in yaxınlığında qızıl və qızılquş bazarları da yerləşir. Turistlər yerli koloriti hiss etməkdən ötrü “Embrace Qatar tour” tanışlıq turu da götürə bilərlər.

Ənənəvi “dou” qayığında səyahət edərkən Qətərdə gəmiçiliyin zəngin tarixinə toxunmuş olacaqsınız. Yaxud Kornişin sahilboyunda gəzinti zamanı siz şəhərin mənzərəsindən zövq alacaqsınız.

Əgər sizin 48 saat vaxtınız varsa

Macəra axtaranlar öz səhərlərinə sahil boyundakı Al-Hor şəhərindən şimalda yerləşən Al-Takiranın manqra meşələrində kayakinqlə məşğul olmaqla başlaya bilərlər. Yaxud Dohanın mərkəzi hissəsində Korniş sahilboyunda təklif edilən su idmanı növlərində özlərini sınaya bilərlər.

Manqra meşələrinə səfərdən sonra şəhəri ziyarət etmək üçün ekskursiyaya yollanın. Daha sonra 2018-ci ildə 10 yaşı tamam olan məşhur İslam İncəsənəti Muzeyinə gedin. Muzeyin memar Bey Yuymin tərəfindən layihələndirilən orijinal ekspozisiyalarında islam mədəniyyətinin son 14 əsrdə yaradılan dünya əhəmiyyətli çox gözəl əsərləri təqdim edilir.

İkinci gün siz şəhərdən cənubda yerləşən, UNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunmuş “Khor Al Udeid” (“Daxili dəniz”) təbiət qoruğunu ziyarət edə bilərsiniz. Bu, dənizin səhranın dərinliyinə daxil olduğu dünyanın iki yerindən biridir. Həmin sakit su açıqlığına yol yoxdur. Buraya yalnız qum təpələri ilə gəlmək mümkündür.

“Daxili dəniz”ə səfəri ekstremal safari turu ilə də birləşdirmək olar. Dəvə belində gəzin, sendbordla, yaxud baggi avtomobilinin sükanı arxasında qum təpələrinin üzərindən keçin, həmçinin səhrada valehedici qüruba tamaşa edin və ya ulduzlu səma altında barbekünün dadına baxın.

Əgər sizin 72 saat vaxtınız varsa

“Banana Island Resort Doha”nı öyrənməyə də vaxt ayırın. Dohanın mərkəzində, sahilboyu yaxınlığında yerləşən “Anantara” şəbəkəsinin beşulduzlu kurortunun üzən villasında özünüzə zövq verin. Müxtəlif su idmanı növləri ilə, o cümlədən sörfinq və dayvinqlə məşğul olmaq üçün ideal yer olan bu kurorta şəxsi katamaran vasitəsilə getmək mümkündür. Kurortun ərazisində, həmçinin boulinq, kinoteatr və Yaxın Şərqdə geniş botanika bağları arasında istirahət zonasında yeganə olan sağlamlıq mərkəzi yerləşir.

İkinci gün Doha limanına qayıdın və şimala, UNESKO-nun Dünya İrsi Siyahısına əlavə edilmiş arxeoloji qazıntılar obyektinə - “Al Zubarah Fort”a, yaxud qərbə, Şaxaniyyədə dəvə yürüşlərini (mövsümündə) izləməyə, sonra da Zekrit yarımadasına gedin. Burada toxunulmamış çimərliklər, küləkli qayalar və Riçard Serranın təsir bağışlayan “Şərq-Qərb/Qərb-Şərq” abidəsini görmək mümkündür.

Sonra gününüzü dünyada ilk tematik parkda - 17 min kvadratmetrlik sahədə yerləşən, cizgi filmləri blokbasterləri mövzusunda attraksionların, o cümlədən çimərliklərin və batut parkının olduğu “Angry Birds World”də keçirin.

Səfərinizin üçüncü günü isə Dohadakı innovasiyalı “Education City” qolf klubuna yollanın. Klub ultramüasir avadanlıqla, o cümlədən hər zərbənin radarla izlənildiyi “TrackMan” kimi texnologiya ilə, həmçinin “PowerTee” - qolf üçün nəzərdə tutulan, maili istiqamətdə vurulan zərbələrin təqlidi üçün mütəhərrik döşəməyə malik yaşıl meydança ilə təchiz olunub.

Sonuncu günü Dohada keçirin. Hovuz kənarında dincəlin və yaxud təmtəraqlı SPA-salonlardan birində, məsələn, bazarın yaxınlığında yerləşən yeni “Mandarin Oriental” otelində və ya Dohada ən iri olan “Sharq Village & Spa Ritz-Carlton” kurort otelində prosedurlardan zövq alın.

Dohadan çıxmazdan əvvəl mütləq “Katara Cultural Village” etnoqrafiya kəndini ziyarət edin. 150-ci ildən başlayaraq “Katara” Qətər yarımadası üçün coğrafi və tarixi xəritələrdə göstərilən ən birinci və qədim ad olub.

“Katara” etnoqrafiya kəndi yerli sakinlərin və turistlərin on əsrlərdir ki, Qətərdə inkişaf edən Qədim Şərq mədəniyyətinə cəlb etməkdən ötrü xüsusən yaradılıb. Burada gəzərkən kiçik dükanları da ziyarət etmək, keyfiyyətli yerli mirvari və müxtəlif əyarlı qızıl bəzək əşyalarını münasib qiymətə almaq olar. Ərazidə Qətər mətbəxinin ənənəvi təamlarının təklif edildiyi restoranlar çoxdur. Bu restoranlar digərlərindən müxtəlif dadların zənginliyi ilə seçilir.

Kənd səliqəli “Katara beach” çimərliyi sayəsində də paytaxtın qonaqları arasında populyardır. Uşaqlar da yaddan çıxarılmayıb. Burada azyaşlılar onlar üçün tikilən böyük meydançada hansısa idman növü ilə məşğul ola və yaxud sadəcə suda əylənə bilərlər.

Bundan başqa, böyüklərə hava ilə doldurulmuş qayıqda gəzinti, vindsörfinq və su xizəyi ilə məşğul olmaq şansı verilir. Həmçinin hər kəsə balıqçı qismində hansısa ekzotik balığı tutmaq və sadəcə şən və maraqlı vaxt keçirmək imkanı yaradılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq