Donald Trampla bağlı məhkəmə hökmü prezident seçkilərindən sonraya təxirə salınıb
Vaşinqton, 7 sentyabr, AZƏRTAC
ABŞ-da prezidentliyə namizəd Donald Trampın rüşvətlə bağlı məhkəmə hökmü noyabrın 26-na təxirə salınıb.
AZƏRTAC-ın məlumatına görə, daha əvvəlki qərarda onun həbsi sentyabrın 18-nə təyin edilmişdi. Trampın vəkilləri keçmiş prezidentin cinayət işinə baxan hakimə hökmün noyabrda keçiriləcək prezident seçkilərindən sonraya təxirə salması üçün müraciət etmişdilər. Məhkəmə müraciəti təmin edib.
Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]