Doqquz ayda Bakıda görülən inşaat işlərinin dəyəri 4,7 milyard manat təşkil edib
Bakı, 4 noyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4 milyard 772 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin 65 faizini tikinti, yenidənqurma və genişləndirmə işləri, 6,7 faizini əsaslı təmir, 5,7 faizini cari təmir, 22,6 faizini isə digər işlər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]