Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dörd liderin görüşü: İstanbulda tarixi Suriya müzakirəsi

Dörd liderin görüşü: İstanbulda tarixi Suriya müzakirəsi

Yaxın Şərqdə qan tökülməkdə davam edir. Suriya hələ də ixtilaf içində boğulur. Milyonlarla insan yurdundan didərgin düşüb və savaş meydanında həlak olanların sayı durmadan artır. Belə bir şəraitdə Suriyada barış və sülhə nail olmaq bütün dünya üçün aktuallıq kəsb edir. Türkiyənin təşəbbüsü ilə İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa rəhbərlərinin görüşünün keçirilməsi insanlara müəyyən ümid verir. Toplantıda liderlər Suriyadakı münaqişənin sona çatdırılması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Nəticədə, birgə bəyannamə qəbul edilib. Bu hadisənin geosiyasi təsirləri ilə bağlı təhlil aparmağa ehtiyac görürük.

İxtilafa son: Suriya məsələsinə yeni yanaşma

Türkiyənin liderliyi ilə İstanbulda Rusiya, Fransa, Türkiyə prezidentlərinin və Almaniya kanslerinin Suriya mövzusunda dördtərəfli görüşü keçirilib. Vladimir Putin, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Angela Merkel müzakirələrdən sonra birgə bəyannamə yayıblar. Sənəddə Suriya ilə bağlı aparılan müzakirələrdə əldə edilən razılıqlar ifadə olunub. Ekspertlərin fikrinə görə, liderlər tarixi sayıla biləcək razılıqlara gəliblər.

Bu zirvə görüşünün keçirilməsi bir neçə aspektdən maraq doğururdu. Öncə ekspertlər sammitin təşəbbüskarının Türkiyə olmasına diqqət çəkirlər. Ankaranın iradəsi olmadan Yaxın Şərqdə hər hansı geosiyasi məsələni həll etməyin imkansız olduğu dünyaya nümayiş etdirildi. Qonaq liderlərin hər biri Türkiyəyə bu təşəbbüsə görə təşəkkür etməklə bərabər, müzakirələrin çox səmərəli keçdiyini və buna görə onu tarixi adlandırmaq lazım gəldiyini vurğulayıblar. Burada biz Rusiya, Fransa və Almaniya liderlərinin bəzi, daha mühüm fikirlərini xatırlatmaq istərdik.

Rusiya Prezidenti V.Putin: "Türkiyə rəhbərliyini ortaq fəaliyyət göstərdiyinə görə təbrik edirəm", Fransa Prezidenti E.Makron: "Bu zirvə doğrudan da son dərəcə səmərəli oldu. Bizim bugünkü toplantımız, sözün həqiqi mənasında, son dərəcə önəmlidir, ancaq bizlərin də məsuliyyətini ifadə edir", Almaniya kansleri A.Merkel: "Son dərəcə önəmli bir zirvə gerçəkləşdirildi... Önəmli nəticələr əldə etmək baxımından çox faydalı bir toplantı olmuşdur"... (bax: Dörtlü zirvenin ardından liderlerden 'siyasi çözüm' ve 'yeni anayasa vurgusu' / "Habertürk", 27 oktyabr 2018). Liderlər bu kimi fikirləri müzakirələrdən dərhal sonra verdikləri bəyanatlarda ifadə ediblər.

Yuxarıda gətirilən sitatlar görüşdə alınan qərarların vacibliyini təsdiq edir. Həqiqətən, Suriyada ixtilaf başlayandan bu yana bu dərəcədə qarşılıqlı anlaşma şəraitində keçirilən toplantı olmamışdı. Daim Qərblə Rusiya arasında dərin ziddiyyət özünü göstərirdi. Onun ana xəttini Bəşər Əsədin siyasi gələcəyi ilə yanaşı, münaqişə edən bütün tərəflərlə bağlı mövqelərin çox kəskin fərqlənməsi təşkil edirdi. İstanbul zirvəsi digərləri ilə yanaşı, bu iki punkt üzrə də mövqe yaxınlığının baş verdiyini göstərdi.

İlk növbədə, danışıqlarda əldə edilən və geosiyasi əhəmiyyəti olan məqamlara nəzər salaq. Tərəflər İdlibdəki prosesləri yekdilliklə müsbət adlandırıblar və buna görə Ərdoğanla Putinə bir daha təşəkkürlərini bildiriblər. Eyni zamanda, V.Putin İdlibin təhlükəsizlik zonası kimi əbədi qala bilməyəcəyini bəyan edib (bax: əvvəlki mənbəyə). Bunun üçün də Rusiya Prezidenti Türkiyənin terror qruplarının oradan tamamilə çıxarılmasına və ərazinin Suriya hökumətinə verilməsinə yardım edəcəyinə inandığını deyib.

Onu deyək ki, Türkiyə Prezidenti çıxışında İdlibdə sülhün və barışın saxlanması üçün bundan sonra da bütün gücləri ilə çalışacaqlarını ifadə edib, ancaq B.Əsədlə bağlı vəziyyətin necə olacağına Suriya xalqının qərar verəcəyini söyləyib. A.Merkel və E.Makronla yanaşı, V.Putin də bu mövqeni dəstəkləyib. Bu, zirvənin vacib məqamlarından biridir.

İdlib bütövlükdə Suriya ixtilafını əhatə etmir. Bu səbəbdən, bir tərəfdən, onun əhəmiyyətini azaltmaq olmaz, digər tərəfdən isə sammitdə ümumən Suriya problemini hansı yolla həll etmək haqqında razılığa gəlməyin daha vacib olduğunu etiraf etmək gərəkdir. Tərəflər yekdilliklə Suriya probleminin danışıqlar, müzakirələr, yəni siyasi yolla həllində ortaq fikirdə olduqlarını təsdiqləyiblər (bax: Suriye konulu dörtlü zirvenin ardından ortak bildiri yayımlandı / "Habertürk", 28 oktyabr 2018). Bu o deməkdir ki, istər Suriya rejimi və ona hərbi yardım göstərən dövlətlər (Rusiya və İran), istərsə də silahlı müxalifətə yardım edən dövlətlər (ABŞ, Avropa ölkələri, Səudiyyə Ərəbistanı və b.) artıq hərb meydanında qələbə qazanmağın mümkünsüzlüyünü qəbul edirlər. Çünki məsələ hansı məntəqəni və ya ərazini hansı tərəfin tutmasında deyil, əsas faciəni sadə insanlar yaşayırlar. Məhz bunu önləmək üçün böyük dövlətlər silaha deyil, danışığa üstünlük verməyi qərara alıblar. Əgər bu xətti reallaşdıra bilsələr, həqiqətən, tarixi bir hadisə olacaq. Həm də ona görə ki, digər münaqişələrin də sülh yolu ilə ədalətli həlli kontekstində konkret bir təcrübə meydana gələcək.

Siyasi həll: konkret addımlara olan ehtiyac

Dörd ölkə liderinin müzakirələrindən alınan nəticələr sırasında Suriyanın yeni konstitusiyasını hazırlamaq istiqamətində addımlar atılmasının birgə bəyannamədə yer alması çox əhəmiyyətlidır. Bu məsələ bütövlükdə ixtilafın sona çatmasını təmin edə biləcək yeganə hüquqi prosesdir. Çünki artıq Suriyanın Bəşər Əsəd üsulu ilə idarə edilə bilməyəcəyi tam qətiləşib. Yeni qanuni əsas yaradılmalıdır ki, cəmiyyətdə həm barış bərqərar olsun, həm də ölkənin ərazi bütövlüyü təmin edilsin. Hər iki məsələ çox aktuallaşıb. Məsələ ondan ibarətdir ki, Suriya rejimi ölkəni tərk edənlər geri döndükdə onları təqib edir və qanunsuz cəzalandırır, sözün əsl mənasında, qətliam törədir.

Bununla yanaşı, Suriyada bir sıra qruplar separatçılıqla məşğuldurlar. Onlar özləri üçün avtonom bölgələr yaratmağa çalışırlar. Təəssüf ki, həmin qruplara xaricdən, daha çox ABŞ-dan dəstək verilir. Bu səbəbdən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Suriyanın ərazi bütövlüyünə vurğu edib və onu təmin etməkdə qərarlı olduqlarını açıq deyib. Türkiyə rəhbəri çəkinmədən digər üç liderin diqqətinə çatdırıb ki, Türkiyə Suriyada bir dənə də olsun terror qrupunun qalmasına izin verməyəcək. Buraya bütün dövlətlərin dəstəklədikləri terror qrupları ilə yanaşı, B.Əsədin dəstələri də daxildir.

Bu cür yanaşma dördtərəfli zirvə görüşünün bütün iştirakçılarına Suriyadakı humanitar böhrana son vermək zərurətini önə çəkməyə imkan verib. İstanbul sammitində bu məqam da ciddi yer alıb. E.Makron və A.Merkel Türkiyə başda olmaqla digər region dövlətlərinin Avropaya qaçqın axınının qarşısını aldıqlarına görə minnətdarlıqlarını bildiriblər. Bunun bütün dünya üçün xeyirli olduğunu vurğulayıblar. İndi çətin vəziyyətdə qalmış insanların öz yurdlarına qayıtmasını təmin etməklə yanaşı, yeni köç dalğasının yaranmasına da imkan verməmək önəm kəsb edir. Bu baxımdan İdlib nümunəsini digər ərazilərə də tətbiq etmək olar.

İstanbul zirvəsini xarakterizə edən başqa bir məqam liderlərin, xüsusilə Rəcəb Tayyib Ərdoğanın beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməyə üstünlük verilməsinə çağırışları ilə bağlıdır. Bunun üçün BMT-nin çətiri altında Sürix və Astana proseslərinə tam dəstək verməyin lazımlılığı qeyd edilib. Həmin sıraya kimyəvi silahlardan istifadəyə qoyulan qadağaya tam əməl edilməsi şərti də daxildir. Türkiyə Prezidentinin çıxışı tamamilə beynəlxalq hüquq, BMT normaları və qarşılıqlı əməkdaşlıq fəlsəfəsi üzərində qurulmuşdu. Bir sıra böyük dövlətlərin əsas olaraq öz maraqlarını qabartmağa çalışması fonunda bu, son dərəcə ədalətli və demokratik təsir bağışlayır.

Təbii ki, İstanbul sammitinin Suriya məsələsinin həll edilməsi baxımından əhəmiyyətli olması ilə yanaşı, geosiyasi aspektdə də vacibliyini vurğulamaq lazımdır. Burada ilk öncə Türkiyənin bir dövlət olaraq regional liderlik istiqamətində qətiyyətlə addımladığını etiraf etmək gərəkdir. Doğrudur, İranla bağlı da sammitdə fikirlər səsləndi və Tehrana toplantı ilə əlaqədar informasiyalar veriləcək. Ancaq prosesə bütöv halda baxsaq, Türkiyənin atdığı addımlar tam olaraq beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinin tələblərinə uyğundur. Bu səbəbdən də gec və ya tez onlar reallaşmalıdır. Bu addımlara qarşı hər hansı etirazın sonu yoxdur.

Terrorla mübarizədə ortaq mövqeyə gəlinməsinin də ciddi geosiyasi nəticələri ola bilər. Burada əsas problem bir sıra böyük dövlətlərin terror qruplarına göstərdikləri yardımları kəsməklə bağlıdır. Əgər İstanbul sammitində əldə edilən razılıqlara əməl edilsə, bu istiqamətdə də hiss ediləcək irəliləyiş ola bilər. Lakin əsas məsələ budur: əməl edilsə!

Beləliklə, Türkiyə daha bir vacib toplantıya ev sahibliyi etdi. Ankaranın bu cür təşəbbüslərinin nəticə verəcəyinə inam böyükdür. Dünyanı yalnız ədalət, barış, sülh və dialoq xilas edə bilər. Suriya məsələsi ilə bağlı İstanbul zirvə görüşünün əhəmiyyətli nəticələrindən biri də bundan ibarətdir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək