DOST Agentliyinin əməkdaşları BDU tələbələrini keys menecmenti ilə bağlı məlumatlandırıblar
Bakı, 23 oktyabr, AZƏRTAC
DOST Agentliyinin əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan tələbələri üçün “Keyslər üzərində iş” mövzusunda təlim keçiriblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Agentliyin sosial xidmət məsələləri üzrə sosial agenti Gülqədəm Fərmanlı və aparıcı mütəxəssisi Rəsul Dadaşovun keçdiyi təlim zamanı keys menecmentinin sosial işdə yeri, xüsusiyyətləri və ona verilən tələblərdən bəhs edilib, vahid keys nümunələri tələbələrə əyani vəsaitlərlə təqdim olunub.
Tələbələr keys menecmenti işində zəruri olan bacarıq və vərdişlər haqqında ətraflı məlumatlandırılıblar.
Sonra tələbələrin sualları cavablandırılıb.