DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ “QAYNAR XƏTT” AÇILMIŞDIR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, bundan məqsəd həm də baş vermiş xəstəliklər haqqında dəqiq məlumatların toplanılması, vaxtında qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə səmərəli nəticələrin əldə edilməsidir.
418-68-34, 418-68-35 və 418-68-36 nömrəli telefonlarla hər gün saat 9.00-dan 21.00-dək heyvan mənşəli xəstəliklər, o cümlədən quş ölümləri ilə əlaqədar məlumat vermək olar. Zəng edənlər dəqiq ünvanlarını, ad və soyadlarını bildirməli, yerlərə çağırılmış həkim və mütəxəssisləri qarşılamalıdırlar.