Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSI ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ KƏRƏM HƏSƏNOVUN ÇIXIŞI

Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin sədri KƏRƏM HƏSƏNOV Prezident İlham Əliyevin fərman və sərəncamları əsasında müəyyən edilmiş strategiyaya uyğun olaraq, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın təmin edilməsi, özəlləşdirmə prosesinin səmərəliliyinin artırılması üçün görülən tədbirlər və nəzərdə tutulan planlar haqqında geniş məlumat verdi:

- Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ölkəmizin inkişaf strategiyası bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri səviyyəsinə çatmış, regionda lider dövlətə çevrilmişdir.

Cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkədə həyata keçirilən kompleks iqtisadi islahatların mühüm istiqamətlərindən biri dövlət əmlakının səmərəli idarə edilməsi və özəlləşdirilməsi, habelə bu sahəyə investisiyaların cəlbidir. Bu istiqamətdə dövlət siyasətinin səmərəliliyinin artırılması məqsədi ilə Sizin 2005-ci il 16 sentyabr tarixli Sərəncamınızla Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmışdır.

Möhtərəm Prezidentimizin qarşımıza qoyduğu əsas vəzifələr dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılmasından, onun qorunub saxlanılması və mühafizəsindən, özəlləşdirmə prosesində şəffaflığın daha da artırılmasından, bu sahəyə investisiyaların cəlb edilməsi, özəlləşdirilən müəssisələrin fəaliyyətinin bərpası və inkişafından, investisiya qoyuluşlarına nəzarət edilməsindən ibarət olmuşdur.

Özəlləşdirmə qanunvericiliyinə əsasən, komitənin fəaliyyəti dövründə dövlət əmlakının idarə edilməsi, ondan təyinatı üzrə istifadə olunması və səmərəli özəlləşdirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. Özəlləşdirmə tədbirləri Azərbaycan Prezidentinin təsdiq etdiyi digər sosial-iqtisadi inkişaf proqramları, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı ilə sıx əlaqəli şəkildə həyata keçirilmişdir.

Möhtərəm Prezidentimizin son illər qəbul etdiyi ardıcıl sosial-iqtisadi inkişaf proqramlarının icrası, o cümlədən sahibkarlığın inkişafı və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində yeni istehsal müəssisələrinin yaradılmasına, qısa müddətdə yüz minlərlə yeni iş yerlərinin açılmasına nail olunmuşdur. Bu isə əhalinin gəlirlərinin artmasına, sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxarmışdır.

Azərbaycan Prezidentinin tapşırığına əsasən, ilk növbədə, dövlət əmlakının idarə edilməsi, özəlləşdirmənin sürətləndirilməsi, bu sahədə şəffaflığın və səmərəliliyin artırılması məqsədi ilə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Belə ki, 30-dan artıq normativ hüquqi sənədin layihələri hazırlanmışdır. Onların bir qismi təsdiq edilmiş, digərləri isə aidiyyəti üzrə təqdim olunmuşdur. Bu sahədə “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır. Həmin Fərmanla dövlət əmlakının idarə olunmasının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı və bir sıra normativ hüquqi aktlar təsdiq edilmişdir.

Eyni zamanda, özəlləşdirmənin səmərəliliyinin təmin edilməsi və dövlət büdcəsinə daxilolmaların artırılması məqsədi ilə özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında yeni Əsasnamə təsdiq olunmuşdur.

Komitənin fəaliyyəti dövründə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən dövr ərzində ümumilikdə 4300 kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. Orta və iri dövlət müəssisələrinin bazasında 50 səhmdar cəmiyyəti yaradılmışdır. Onların səhmlərinin satışı üzrə 80 pul hərracı və 13 ixtisaslaşdırılmış çek hərracı keçirilmişdir. Pul hərraclarında 250, ixtisaslaşdırılmış çek hərraclarında isə 60-dan artıq səhmdar cəmiyyətinin səhmləri satılmışdır. Dövlət müəssisələrinin iştirakı ilə yaradılmış 2 birgə müəssisənin nizamnamə kapitalındakı dövlətin payı özəlləşdirilmişdir.

Azərbaycan Prezidentinin səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə tədbirlər həyata keçirilmişdir. Belə ki, həmin Sərəncamla özəlləşdirməyə açılmış 400-ə yaxın müəssisədən 100-ü artıq özəlləşdirilmiş, digərlərinin özəlləşdirilməsi ilə bağlı tədbirlər görülməkdədir.

760 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilmişdir. Dövlət əmlakının satılmasına, hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının əldə edilməsinə dair 5 minə yaxın şəhadətnamə verilmişdir. Bu dövr ərzində II Dövlət Proqramına uyğun olaraq həyata keçirilmiş özəlləşdirmə nəticəsində dövlət büdcəsinə təxminən 54 milyon manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Keçirilmiş çek hərracları, investisiya müsabiqələri və əmək kollektivlərinə güzəştli satış nəticəsində 1,3 milyon ədəd dövlət özəlləşdirmə çeki silinmişdir. Ümumilikdə, hazırkı tarixə özəlləşdirmə prosesində 15 milyon ədədə yaxın dövlət özəlləşdirmə çeki və 2 milyon ədəd dövlət özəlləşdirmə opsionu silinmişdir.

2007-ci ilin birinci yarısında 1200 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilmiş, 40-a yaxın səhmdar cəmiyyəti yaradılmışdır. 38 hərrac keçirilmiş, bunlarda 110 səhmdar cəmiyyətinin səhmləri satılmışdır. Cari ildə 367 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilmişdir. Dövlət əmlakının satılmasına və mülkiyyət hüquqlarının əldə edilməsinə dair 1700 şəhadətnamə verilmişdir. Dövlət büdcəsinə 20 milyon manat vəsaitin ödənilməsi təmin olunmuşdur.

Möhtərəm Prezident!

Sizin, ölkənin qeyri-neft sektorunun inkişafı, bu sektora investisiya qoyuluşlarının artırılması, istehsal və sənaye müəssisələrinin fəaliyyətinin yenidən qurulması, rəqabətqabiliyyətli məhsulların istehsalına nail olunması ilə əlaqədar tapşırıqlarınızın icrası məqsədi ilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində zəruri işlər görülməkdədir.

Ötən dövr ərzində 22 müəssisə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmişdir. Müsabiqənin qalibləri tərəfindən bu müəssisələrə təxminən 465 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması, dövlət büdcəsinə isə 10 milyon manat vəsatin ödənilməsi barədə öhdəliklər götürülmüşdür. Nəticə etibarilə həmin müəssisələrdə 4 min yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.

İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə bu dövr ərzində artıq 180 milyon ABŞ dolları həcmində investisiya qoyulmuş, onlarda 2,5 min yeni iş yeri açılmışdır. Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət tədbirləri nəticəsində 8 müəssisə üzrə öhdəliklərin icra olunmadığı aşkar edilmiş və müqavilələrə xitam verilmişdir.

2007-ci ilin birinci yarımilində 7 səhmdar cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı keçirilmişdir. Bu müəssisələrə müsabiqənin qalibləri tərəfindən 8 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması barədə öhdəliklər götürülmüşdür. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2007-cı ilin birinci yarımilində müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 31 milyon ABŞ dolları investisiya qoyulmuş, 900 yeni iş yeri açılmışdır.

“Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” müvafiq Fərmanın icrasının təmin edilməsi məqsədi ilə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin yeni emissiya olunmuş səhmlərinin dövlətsizləşdirilməsi ilə bağlı tədbirlər başa çatdırılmışdır. Hazırda seçilmiş məsləhətçi şirkətlə birlikdə bankın dövlətə məxsus 50 faiz səhmlərinin özəlləşdirilməsi ilə bağlı işlər aparılır.

Özəlləşdirmə prosesinin daha səmərəli və şəffaflıq prinsipi əsasında aparılması məqsədi ilə strateji müəssisələrə, o cümlədən rabitə, hava nəqliyyatı müəssisələrinin, birgə müəssisələrin qiymətləndirilməsinə və özəlləşdirilməsinə məsləhətçi şirkətlərin cəlb edilməsi sahəsində də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət proqramına uyğun olaraq, kommunal və infrastruktur sahələrinə aid müəssisələrin restrukturizasiyası məqsədi ilə müvafiq qurumlarla birlikdə təhlillərə başlanmışdır.

Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi ilə bağlı sahəvi təhlillər aparılır. Konkret müəssisələr üzrə 10-dək pilot layihə hazırlanmışdır. Hazırda həmin müəssisələrlə bağlı maliyyə, iqtisadi, texniki və marketinq araşdırmaları aparılır. Sağlamlaşdırma tədbirləri ilə müəssisələrdə səmərəli idarəetmə strukturunun formalaşdırılması və müasir menecmentin tətbiqi, köhnə istehsal sahələrinin yeniləri ilə əvəzlənməsi, müəssisələrin borclarının restrukturizasiyası, müasir idarəçilik təfəkkürünə malik kadrların hazırlanması təmin oluna bilər. Bu isə özəlləşdirilən müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulmasına, iş yerlərinin açılmasına və onların səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaqdır.

Sizin tapşırığınıza əsasən və bilavasitə dəstəyiniz və rəhbərliyinizlə ölkəmizin qeyri-neft sektoruna aid müəssisələrin fəaliyyətinin bərpası və inkişafının sürətləndirilməsi, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması məqsədi ilə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi prosesinin daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi sahəsində fəaliyyətimizi davam etdirəcəyik.

                                                                 X X X

Azərbaycan Prezidenti İlham Əliyev iclasa yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb