Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərlə söhbətlərə başlanılır
Bakı, 26 oktyabr, AZƏRTAC
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı bu il iyulun 12-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə noyabrın 11-dən söhbət keçirilməsinə başlanılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, söhbət nazirliyin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.
Qanunvericiliyə əsasən müsabiqədə uğur qazanmış namizədlər nazirliyin Ədliyyə Akademiyasında azı üçaylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimin sonunda qiymətləndirmədə müvəffəqiyyət əldə edən namizədlərə şəhadətnamə veriləcək və onlar vakant ştat vahidləri üzrə vəzifələrə təyin olunacaqlar.
Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713) nömrəli telefonla əlaqə saxlamaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [15:50]
Ruandalı nazir "ASAN xidmət"də
- 28.10.2026 [15:43]