DÖVLƏT İSTİQRAZLARININ ƏLAVƏ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Üç sərmayədar tərəfindən təqdim olunmuş sifarişin nominal məbləği 6 milyon 604 min manatdır.
İstiqraz vərəqələri müvafiq olaraq 2009-cu il avqustun 11-də və 18-də ödəniləcəkdir.