Dövlət katibi: Macarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq strateji mərhələyə keçib
Bakı, 4 iyun, AZƏRTAC
Macarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq strateji mərhələyə keçib. Azərbaycanda istehsal olunan yaşıl enerji layihəsində iştirak etmək istəyirik. Bunun iqlim hədəflərinə uyğunluğunu nəzərdən keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibi Mark Alfeldi-Boruss Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, təchizat marşrutlarını saxlamaq vacibdir.
“Diversifikasiya çox vacib elementdir. Bura yalnız dekarbonizasiya deyil, bərpaolunan enerji də daxildir. Biz COP29-u Paris Sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. COP29-da əldə olunan nəticələrə birlikdə nail olacağıq”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]