Dövlət Komitəsinin sədr müavini Ağdaşda vətəndaşlarla görüşəcək
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin sədr müavini Sədaqət Qəhrəmanova fevralın 14-də saat 11:00-da Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Kürdəmir, Göyçay, Ağdaş rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində Ağdaş rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]