Dövlət Komitəsinin sədri Astara rayonunda vətəndaşlarla görüşəcək
Bakı, 30 may, AZƏRTAC
İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İstiqlaliyyət küçəsi, 26b) keçiriləcək.
Görüşdə komitənin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətlərə baxılacaq.
Müraciət etmək istəyənlərdən Dövlət Komitəsinin Lənkəran regional bölməsinə öncədən məlumat vermələri xahiş olunur. Əlaqə vasitələri: (050) 380-27-43, (025) 255-39-84. E-poçt: [email protected] və [email protected]