Dövlət Məşğulluq Agentliyi daha 110-dan çox işsiz şəxsi peşə hazırlığına cəlb edib
Bakı, 31 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 112 işsiz şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslara cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kurslar Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində təşkil olunub.
Müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuranların işlə təminatı da həyata keçiriləcək.
Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:27]
Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir
- 02.10.2026 [15:01]
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub
- 02.10.2026 [14:44]