Dövlət Məşğulluq Agentliyi işədüzəltmədə vasitəçilik edənlərin elektron formada reyestrini aparacaq
Bakı, 6 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin reyestrin yaradılması 2020-2021-ci illərdə nəzərdə tutulub və hazırda onun üzərində işlər aparılır. Reyestr müvafiq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.
Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]