Dövlət Miqrasiya Xidməti ölkəmizdə qaçqın statusu əsasında yaşayan bir qrup ailəyə yardım edib
Bakı, 30 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində ölkəmizdə qaçqın statusu əsasında yaşayan aztəminatlı və digər həssas qruplardan olan ailələrə bayram sovqatı və Yeni il hədiyyələri paylanıb.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, müntəzəm olaraq humanitar layihələr həyata keçirən Dövlət Miqrasiya Xidmətinin budəfəki aksiyası 50-dən çox ailəni əhatə edib.
Hər zaman Azərbaycan dövləti tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirən ailələr minnətdarlıqlarını ifadə ediblər.