Dövlət Proqramına texniki ixtisaslar üzrə müraciətlər üstünlük təşkil edir
Bakı, 13 sentyabr, AZƏRTAC
“2019-2023 Dövlət Proqramı” çərçivəsində həyata keçirilən xaricdə doktorantura təhsili ölkənin siyasi-iqtisadi inkişafı üçün 7 prioritet ixtisas istiqamətini, “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili isə 15 prioritet ixtisas istiqamətini əhatə edir.
Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Proqramı idarəetmə qrupunun rəhbəri Turan Topalova söyləyib. Onun sözlərinə görə, hər iki Dövlət Proqramına bütün ixtisas istiqamətləri üzrə müraciətlər var: “Daha çox müraciətlər müvafiq Dövlət proqramları üzrə texniki və texnoloji və informasiya texnologiyaları ixtisas istiqamətləri üzrə qeydə alınıb. Ölkələrə münasibətdə isə daha çox Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya kimi ölkələrə müraciətlər üstünlük təşkil edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]