Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları azalıb
Bakı, 5 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 128 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
AZƏRTAC XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır.
Təkcə fevral ayında isə 70 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1,4 faiz daha çoxdur.
Qeyd edək ki, 2024-cü ildə dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]