Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva ilə mentorluq proqramı çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qurumun rəisi Məmməd Abbasbəyli müsabiqə qalibini əldə etdiyi nailiyyət münasibətilə təbrik edib, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, həmçinin idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb edilməsində “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb.
Sonda qalibin müsabiqə barədə təəssüratları, maraq dairəsini əhatə edən mövzular və mentorluq proqramı çərçivəsində gələcək planları dinlənilib, fərdi inkişafı üçün səmərəli ola biləcək tədbirlərə dair müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:42]
Neft qiymətləri həftəni itkilərlə tamamlayır
- 05.06.2026 [15:18]
Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir
- 05.06.2026 [14:30]