DUBAY HAVA LİMANI XİDMƏTLƏRİN SƏVİYYƏSİNƏ GÖRƏ ƏN YAXŞI AEROPORT SAYILMIŞDIR
Hava limanı 1996-cı ildən etibarən nailiyyətlərinə görə yüksək mükafatlar alır. Bu yaxınlarda World Travel təşkilatı saytının 2 milyonadək istifadəçısi bu hava limanının əla xidmət, güzəştlər, qeydiyyatın sürətlə aparılması, təyyarələrin rahat enməsi, salonlarda təmizlik kimi gözəl keyfiyyətlərini qeyd etmişdir.
Ötən il Dubay hava limanı ABŞ-ın Atlanta ştatındakı “Hartsfild” və Sinqapurun “Çangi” kimi dünyada liderlik edən hava limanlarını arxada qoymuş, 2002 və 2003-cü illərdə dünyada ən sürətlə inkişaf edən hava limanı sayılmışdır.