Dünya Çempionatı 2022: Ekvador meydan sahiblərinə qalib gəlib




Bakı, 20 noyabr, AZƏRTAC
Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, il qarşılaşma ev sahibi ilə Ekvador millisi arasında keçirilib. Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın hər iki qolunu Enner Valensiya (16, 31) vurub.
Qeyd edək ki, qrupun digər matçı Niderland və Seneqal yığmaları arasında keçiriləcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.