Dünya çempionatı: Belçika millisi 1/4 finala vəsiqə qazanıb
Bakı, 7 iyul, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Belçika və ABŞ yığmaları üz-üzə gəliblər. Sietl stadionunda oynanılan görüş avropalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.
1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [18:18]
"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]