DÜNYA FUTBOL ÇEMPİONATININ AÇILIŞINDA TƏNTƏNƏLİ TAMAŞA OLMAYACAQ
Nəzərdə tutulurdu ki, Berlində iyunun 7-də - yarışların başlanmasına iki gün qalmış Olimpiya stadionunda keçiriləcək adi açılış mərasimi təntənəli tamaşa ilə əvəz olunacaqdır.
“Berliner saytunq” qəzetində dərc edilmiş məqalədə deyilir ki, təntənəli tamaşaya çəkiləcək xərclər bunun üçün ayrılmış 30,2 milyon dolları keçmiş, biletlər isə kifayət qədər satılmamışdır.
Ləğv olunmuş təntənəli tamaşada bir çox tanınmış müğənnilər və artistlər, o cümlədən Britaniyanın məşhur musiqiçiləri Brayan İno və Piter Qabriel, habelə beş min könüllü çıxış etməli idi.