Dünya ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının fəryadına səssiz qalmamalıdır
Biləsuvar, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda Xocalı faciəsinin 28-ci ildönümü bir sıra tədbirlərlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Faciə qurbanlarını yad edən salyanlılar Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət olduğunu qeyd edib, dünya ictimaiyyətini Xocalı soyqırımı qurbanlarının fəryadına səssiz qalmamağa və bu soyqırımı aktını törədən erməni vandallarına qarşı amansız olmağa çağırıblar.
Anım mərasimi Salyan Dövlət Kukla Teatrının təqdim etdiyi ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.