Dünya Səhiyyə Təşkilatı: dünyada altı milyona yaxın tibb bacısı çatışmır
Bakı, 7 aprel, AZƏRTAC
Koronavirusun yayılması fonunda dünya səhiyyəsi kəskin tibb bacısı çatışmazlığı yaşayır. Tibb bacısı personalının çatışmazlığı bütün dünyada ən azı 5,9 milyon nəfər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının “Dünyada tibb bacısı işinin vəziyyəti - 2020” məruzəsində deyilir.
“Bütün dünyada təxminən 28 milyon tibb bacısı var. 2013-2018-ci illərdə onların sayı 4,7 milyon artıb. Lakin tibb bacısı personalının çatışmazlığı hələ də qalmaqdadır və onların sayı 5,9 milyon nəfərdir. Tibb bacısı çatışmazlığı, əsasən də Afrika, Cənub-şərqi Asiya və Şərqi Aralıq Dənizi regionunda, həmçinin Latın Amerikasının bəzi ölkələrində hiss olunur”, - deyə DST-nin məruzəsində bildirilir.
Məruzəyə əsasən, bu problemlə üzləşən ölkələrdə kadr defisitinin qarşısının alınması üçün tibb bacılarının sayı ildə orta hesabla 8 faiz artırılmalıdır.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 13:10-a olan məlumata görə, dünyada 1 milyon 351 mindən çox yoluxma və 75 min 269 ölüm faktı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]