DÜNYA SƏHİYYƏ TƏŞKİLATI XƏBƏRDARLIQ EDİR
AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri Dünya Səhiyyə Təşkilatının “Lancet” tibb jurnalında dərc etdirdiyi uşaq sağlamlığı barədə hesabat-məlumatına istinadla xəbər verir ki, hər il Avropada 100.000-dən artıq uşaq bədbəxt hadisələr zamanı alınan bədən xəsarətinin, yaralanmaların, xüsusilə ətraf mühitin və havanın çirklənməsinin, o cümlədən məişət tullantılarının qarışdığı natəmiz içməli sudan istifadənin qurbanı olur.
DST təlaşla xəbərdarlıq edir ki, uşaqların ölümünə səbəb olan həmin amillər Avropa qitəsində uşaqların və yeniyetmələrin üçdə bir hissəsinin həyatının əsl qəsdçisi kimi qeydə alınmalıdır.
Hesabatda həmçinin bildirilir ki, təkcə atmosferin və ətraf mühitin çirkli, zəhərlənmiş havası bu il 1 yaşdan 4 yaşa qədər 13.500 avropalı uşağın ölümünə səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]