Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib
Roma, 6 iyul, AZƏRTAC
İtaliyanın dünya şöhrətli bəstəkarı, “Oskar” mükafatı laureatı, bir çox klassikləşmiş filmə musiqilər bəstələyən Ennio Morrikone vəfat edib.
AZƏRTAC xəbər verir ki, bəstəkar yıxılaraq aldığı travmadan bu gecə Roma klinikalarının birində dünyasını dəyişib.
Dahi musiqiçi və bəstəkar "Bir dollar üçün", "Missiya", "Bir vaxtlar Amerikada”, "Nuovo kinoteatrı Paradiso", “Professional”, "Malena" ya qədər italyan və dünya kinosunun ən gözəl saundtreklərinin müəllifi 92 yaşında idi. Bir neçə gün əvvəl onun bud sümüyü qırılmışdı.
Ennio Morikonenin dəfni bu gün ailə üzvlərinin iştirakı ilə qapalı mərasimlə baş tutacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]