DÜNYADA 300 MİN DÖYÜŞ ATIMI HAZIRLAMAQ ÜÇÜN NÜVƏ MATERİALI VAR
Bu materiallar arasında 1830 ton plutonium və 1900 ton yüksək dərəcədə saflaşdırılmış uran vardır. Mütəxəssislərin fikrincə, 140 ton neptunium-237 və amerisiumdan 5 min tondan çox nüvə atımı düzəltmək mümkündür. Bu materialların əksər hissəsi 5 aparıcı nüvə dövlətində – ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çində toplansa da, digər 45 ölkənin hərəsində azı 5 kiloqram yüksək dərəcədə saflaşdırılmış uran vardır.
Təxminən 30 ölkə nüvə silahına malik olmağa calışmışdır. Onlardan 9-u, o cümlədən Hindistan, Pakistan, İsrail və Cənubi Afrika Respublikası (CAR) buna nail olmuşdur. CAR hərbi nüvə proqramından imtina etmiş yeganə dövlətdir. O, öz uran ehtiyatlarından mülki məqsədlərlə istifadə edir. Jurnalın yazdığına görə, Koreya Xalq Demokratik Respublikasından və İrandan savayı, Cənubi Koreya və Tayvan da öz nüvə silahını yaratmağa səy göstərə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]
Omanla Qazaxıstan arasında sənədlər imzalanıb
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]