DÜNYADA ƏN BAHALI BENZİN VƏ ELEKTRİK ENERJİSİ TÜRKİYƏDƏ İSTEHLAK OLUNUR
OECD ölkələrində ən bahalı elektrik enerjisi də Türkiyədə istehlak olunur. Buna səbəb vergilərin yüksək olmasıdır. Türkiyədə 1996-cı ildə 65,8 faiz olan yanacaq vergisi 2005-ci ildə 70 faizə çatmışdır. Dizel yanacağının qiymətinə görə isə ölkə İngiltərə və Norveçdən sonra üçüncü yerdədir. Bu bahalıqdan gələn gəlir, əsasən, Türkiyə büdcəsi kəsirlərinin azaldılmasına yönəldilir.
Elektrik enerjisinin qiymətlərinə gəldikdə isə, Türkiyə İtaliya və Yaponiyadan geri qalır. Sənaye müəssisələrində istifadə olunan elektrik enerjisi qiymətlərinin səviyyəsinə görə də ölkə dünyada üçüncüdür.