DÜNYA
Dünyada sink-ion batareyaları istehsal edən ilk meqafabrik açılıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Dünyanın ilk sink-ion akkumulyator istehsal edən meqafabriki İsveçdə açılıb.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, litium-ion batareyaları smartfonlardan tutmuş elektrik avtomobillərinə qədər bir çox yerdə istifadə olunur. Bununla belə, alimlər fərqli mənbələrə müraciət edirlər, çünki onlar nisbətən daha bahalıdır. Bu araşdırmalarda sink-ion batareyaları ucuzluğu və ətraf mühitə uyğunluğu ilə seçilir. Sink təbiətdə litiumdan daha çox olsa da, bu elementi mədəndən çıxarmağın daha asan olması ilə təmin edilir. Bundan əlavə, su əsaslı elektrolitlərdən hazırlanan bu batareyalar alışmağa meyilli deyil. Digər tərəfdən, sink-ion batareyaları litium əsaslı batareyalarla müqayisədə daha az enerji saxlaya bilir. Bununla belə, onlar daha uzun müddət işləmək qabiliyyəti sayəsində, ümumiyyətlə, litium-ion batareyalara mühüm alternativ təklif edirlər.
Stokholmda yerləşən “Enerpoly” şirkəti daha rahat və təhlükəsiz akkumulyatorların istehsalını artırmaq üçün sink-ion batareyaları istehsal edən meqafabrik qurub. Dünyada bir ilk olan bu qurğu 2025-ci ildə istehsala başlayacaq. “Enerpoly”un verdiyi açıqlamada fabrikin 2026-cı ildə tam gücünə çatacağını əlavə edib.
Şirkətin baş direktoru Eloisa de Kastro bildirib ki, sink-ion batareyaları həddindən artıq günəş və külək enerjisini saxlayaraq elektrik şəbəkəsini balanslı saxlamağa kömək edə bilər. Bundan əlavə, bəzi alimlər elektrik avtomobillərində litium-ion batareyaları əvəz edə biləcəklərini düşünürlər.