DÜNYANIN AZƏRBAYCANI İDMAN ÖLKƏSİ KİMİ TANIMASIDÖVLƏTİMİZİN BU SAHƏYƏ DAİMİ DİQQƏT VƏ QAYĞISININ NƏTİCƏSİDİR
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
İştirakçı ölkələrin xalqlarının milli rəqsləri ifa olundu.
X X X
Yarışların ilk görüşləri günün birinci yarısında keçirilmişdir. “A” qrupunda Kanada və CAR komandalarının görüşündə kanadalılar 26:6 hesabı ilə qalib gəlmişlər. “B” qrupunda çıxış edən rusiyalılar isə Kuba komandasını 21:8 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Açılış mərasimindən sonra xalça üzərinə “A” qrupunda mübarizə aparan Azərbaycan və Cənubi Afrika Respublikasının güləşçiləri çıxdılar. 55 kiloqram çəki dərəcəsində Sidney Olimpiadasının çempionu Namiq Abdullayev Uilyams Saaun üzərində 9:2 hesabı ilə qələbə qazandı. Digər altı idmançımız - Nazim Əlixanov 0 kq, Elman Əsgərov 6 kq, Elşad Allahverdiyev < kq, Vüqar Qurbanov 84 kq, Rüstəm Ağayev 96 kq və Nikolay Telegin P kq rəqiblərini tam üstünlüklə məğlub etdilər. Beləliklə, Azərbaycan komandası 27:1 hesabı ilə qalib gəldi.
Sonra “B” qrupunda yarışan İran və Rusiya komandaları arasında gərgin mübarizə şəraitində keçən görüşü qələbə ilə başa vuran rusiyalılar finala çıxdılar.
Dünya kuboku yarışları aprelin 4-də başa çatacaqdır.