Dünyanın ən çirkli havası olan şəhəri açıqlanıb
Sarayevo, 12 fevral, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo fevralın 12-də dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhər olub. Belə ki, Sarayevoda havanın keyfiyyət indeksi 190 olaraq qeydə alınıb.
Sarayevo havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]